QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 24 iyul 2026
4Əlavə edilib0Silinib6Dəyişdirilib
XülasəAI

Qanun bir sıra maddələrdə dəyişikliklər edir: maddə 2-1.1-də nəzərdə tutulan sığorta olunanlar (könüllülər, istehsalat təcrübəsi keçən tələbə və şagirdlər) üçün sığorta haqqının ödənilməsi qaydası dəqiqləşdirilir — könüllülər üçün müqavilənin qüvvəyə mindiyi, tələbə/şagirdlər üçün təcrübənin başlandığı tarixdən 15 iş günü müddəti müəyyən edilir, həmçinin yeni 14.3-2 maddəsi (əvvəlki 14.3-1) ilə sığorta haqqının yalnız nağdsız qaydada ödənilməsi tələb olunur. Maddə 16.2 və 16.3.1-də "əlillik" termini "peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi" ilə əvəz edilir və aylıq sığorta ödənişinin təyin edilməsi bu dərəcənin növbəti müayinə müddəti göstərilməklə və ya göstərilmədən müəyyən edilməsi əsasına bağlanır. Maddə 17-yə əlavə olunan yeni bənd 2-1.1-ci maddədə nəzərdə tutulan sığorta olunanlar üçün birdəfəlik sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla, 16.4-1-ci maddəyə uyğun hesablanmasını təsbit edir, maddə 20-1.1.2-də isə banklarda depozit yerləşdirilməsi üçün son 24 ayda gecikdirilmiş gəlir faizi ödənişi olmaması şərti əlavə edilir.

10 dəyişiklikdən 10-si maddə-maddə izlənir.

Dəyişdirilən akt
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında

Maddə 14

14

Yenidən nömrələndi: «14.3-1» → «14.3-2»

14.2
Sığorta haqqı sığortalı tərəfindən, bu Qanunun 14.2-2-ci maddəsi nəzərə alınmaqla, bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə hər il büdcə ilinin əvvəlində, lakin mart ayının 31-dən gec olmayaraq birdəfəlik, digər sığorta olunanlara münasibətdə isə müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir.
14.2-2
Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanılmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başlandığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilir.
14.3
Büdcə ili və ya müqavilə ili ərzində sığorta olunanlarınsayında, kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq büdcə və ya müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır.
14.3-1
Büdcə ili ərzində bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar üçün sığorta haqqı ödəyən yeni sığortalı yarandıqda müvafiq büdcə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə hesablanmış sığorta haqları, habelə bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulan sığorta olunanlara münasibətdə bu Qanunun 14.3-cü maddəsinə uyğun olaraq yenidən hesablanmış sığorta haqları hesablanmaya əsas olan halın yarandığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilir.

Maddə 16

16.2
Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlıdərəcəsi növbəti müayinə müddəti göstərilməklə müəyyən edildikdə itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.
16.3.1
sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyipeşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə;

Maddə 17

17.4-1
Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə birdəfəlik sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verdiyi tarixə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla, bu Qanunun 16.4-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır.

Maddə 20-1

20-1.1.2
sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin təhlükəsizlik göstəriciləri üzrə meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilənvə son 24 ayda bu Qanunun 2-1.1-ci maddəsi ilə müəyyən edilmiş sığortaçıya gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;
20-1.2.5-1
risklərin sığortalanmasına
Əvvəlki yenilik
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
“Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı