QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 13 may 2026
1Əlavə edilib0Silinib8Dəyişdirilib
XülasəAI

Fərmanın adı və preambulası dəyişdirilərək «Yüksək səviyyəli nümayəndə heyəti» termini «Nümayəndə heyəti» ilə əvəz olunur, lakin maddə 1-də «yüksək səviyyəli nümayəndə heyəti» ifadəsi qorunub saxlanılır və əlavə olaraq Prezident tərəfindən vəzifəyə təyin olunan publik hüquqi şəxslərin və nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin rəhbərlərinin səfərləri də əhatə dairəsinə daxil edilir (maddə 1); bu səfərlər artıq Prezidentə sadəcə hesabat verilməsi deyil, əvvəlcədən Prezidentlə razılaşdırılması tələbinə tabe olur. Maddə 2, 3 və 5-də hesabatı təqdim edən subyekt «nümayəndə heyətinə rəhbərlik edən şəxs» və ya «səfəri təşkil edən ilk növbədə cavabdeh şəxs»dən «səfərin təşkilinə və həyata keçirilməsinə cavabdeh olan dövlət orqanının (qurumunun) rəhbəri» ilə əvəz olunur. Maddə 4-də səfər proqramı və üzvlər barədə məlumatın həcmi genişləndirilir (xərclər, maliyyə mənbəyi, gözlənilən nəticələr də daxil edilir) və təqdimetmə müddəti «on beş gün»dən «on beş iş günü»nə dəyişdirilir; Maddə 6-da nəticələr barədə hesabatın təqdimetmə müddəti «beş gün»dən «beş iş günü»nə keçirilir və «edilməlidir» ifadəsi «edilir» ilə əvəz olunur.

9 dəyişiklikdən 8-si maddə-maddə izlənir, 1-si mətn halında göstərilir.

Dəyişdirilən akt
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında
—
Yüksək səviyyəli nümayəndəNümayəndə heyətlərinin xarici dövlətlərə və Azərbaycan Respublikasına səfərlərinin təşkili və həyata keçirilməsi işini təkmilləşdirmək məqsədilə qərara alıram:

Maddə 1

1
Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin nazirliklərinin və ya eyni statuslu dövlət orqanları rəhbərlərinin müavinləri və ya daha yüksək vəzifəli şəxsləri, habelə beynəlxalq təşkilatların rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin Azərbaycan Respublikasına etdiyi səfərlər (səfərin proqramı, nümayəndə heyətinin üzvləri və səfərin nəticələri) barədə Azərbaycan Respublikasının Prezidentinə rəsmi hesabat təqdim edilməlidir.Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin nazirliklərinin və ya eyni statuslu dövlət orqanları rəhbərlərinin müavinləri və ya daha yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına, habelə rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin eyni statuslu vəzifəli şəxsləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin Azərbaycan Respublikasına edəcəyi səfərlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılır, səfərlərin nəticələrinə dair hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Maddə 2

2
Xarici dövlətə edilən səfər barədə hesabat nümayəndə heyətinə rəhbərlik edən şəxsməlumat və hesabat səfərin təşkilinə və həyata keçirilməsinə cavabdeh olan dövlət orqanının (qurumunun) rəhbəri tərəfindən təqdim edilir.

Maddə 3

3
Xarici dövlətin nümayəndə heyətinin, habelə beynəlxalq təşkilatın rəhbəri və ya onun müavini tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin səfəri barədə hesabat səfəri təşkil edən və onun həyata keçirilməsi üçün ilk növbədə cavabdeh olan şəxsməlumat və hesabat səfərin təşkilinə və həyata keçirilməsinə cavabdeh olan dövlət orqanının (qurumunun) rəhbəri tərəfindən təqdim edilir.

Maddə 4

4
Səfərin proqramı və nümayəndə heyətinin üzvləri barədə məlumat, bir qayda olaraq, səfərin başlanmasına ən geci on beş gün qalmış təqdim edilir. Məlumatı bu müddət ərzində üzürlü səbəblərə görə təqdim etmək mümkün olmadıqda, həmin məlumat, üzürlü səbəblər əsaslandırılmaqla, daha qısa müddətdə təqdim edilməlidir.Səfərin proqramı (səfər üzrə hər bir tədbirin adı, məzmunu, iştirakçıları, yeri, tarixi) və əhəmiyyəti, tədbirdə əyani iştirakın zəruriliyi, ezamiyyə xərcləri və digər xərclər, maliyyələşmə mənbəyi, səfərdən gözlənilən nəticələr (effektivliyə dair proqnoz), nümayəndə heyətinin rəhbəri, digər üzvləri və onların iştirakının zəruriliyi barədə məlumat səfərin başlanmasına ən geci on beş iş günü qalmış təqdim edilir. Məlumatı bu müddət ərzində üzrlü səbəblərə görə təqdim etmək mümkün olmadıqda, həmin məlumat üzrlü səbəblər əsaslandırılmaqla daha qısa müddətdə təqdim edilir.

Maddə 5

5
Xarici dövlətin nümayəndə heyətinin, beynəlxalq təşkilatın rəhbəri və ya onun müavini tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunacağı təqdirdə, səfəri təşkil edən və onun həyata keçirilməsi üçün ilk növbədə cavabdeh olan şəxssəfərin təşkilinə və həyata keçirilməsinə cavabdeh olan dövlət orqanının (qurumunun) rəhbəri tərəfindən səfərin məqsədi barədə məlumat və görüşlə bağlı müvafiq sənədlər əvvəlcədən təqdim edilir.

Maddə 6

6
Səfərin nəticələri barədə hesabat səfər başa çatdıqdan sonra ən geci beş güniş günü müddətində təqdim edilməlidiredilir.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Yeni redaksiyada verilir· avtomatik yerləşdirilə bilmədi

    adı aşağıdakı redaksiyada verilsin: "Nümayəndə heyətlərinin səfərləri barədə məlumatların və hesabatların təqdim edilməsi haqqında";

  • Yeni müddəa əlavə olunur

    aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin: "4-1. Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinin tərkibinə iki və daha artıq dövlət orqanının (qurumunun) nümayəndələri daxil olduqda, bu Fərmanın 4-cü hissəsinin birinci cümləsində nəzərdə tutulan məlumatlar və nümayəndə heyətinin rəhbərinə dair təklif həmin dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla təqdim edilir.";

Əvvəlki yenilik
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 387-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 661 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
Növbəti yenilik
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə