QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 8 may 2026
2Əlavə edilib0Silinib5Dəyişdirilib
XülasəAI

Dəyişiklik Cinayət Məcəlləsinə yeni 214-4-cü maddəni ("Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etmə") əlavə edir: təşkilat yaratma və ya rəhbərlik 10-14 il, üzvlük və ya fəaliyyətdə iştirak isə 7-12 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır; hakimiyyəti vaxtında xəbərdar edən şəxs cinayət məsuliyyətindən azad edilir. Məcəllənin 214-1 (terrorçuluğu maliyyələşdirmə) və 214-2 (açıq çağırışlar) maddələrində, habelə "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunun 1-ci maddəsindəki "terrorçuluğun maliyyələşdirilməsi" anlayışında istinad edilən maddələr siyahısına 214-4, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 278, 280 və 283-1-ci maddələr əlavə olunur. Məcəllənin 282-ci maddəsi ("Təxribat") yeni redaksiyada verilir: 282.1-də obyektlərin siyahısı (kritik informasiya infrastrukturu, enerji və nəqliyyat infrastrukturu, telekommunikasiya şəbəkələri) və hərəkət üsulları (süni intellekt texnologiyaları, xüsusi proqram təminatları daxil olmaqla) genişləndirilir, 282.2-də ağırlaşdırıcı hallara mütəşəkkil dəstə ilə yanaşı cinayətkar birlik, fövqəladə/hərbi vəziyyət, qulluq mövqeyindən istifadə və ehtiyatsızlıqdan ağır nəticələr əlavə edilir, həmçinin maddəyə hakimiyyəti xəbərdar edən şəxsin məsuliyyətdən azad olunmasını nəzərdə tutan qeyd əlavə olunur.

7 dəyişiklikdən 7-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 2
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Maddə 214-1

214-1
Əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 214-2, 214-3, 214-4, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağım bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsi -

Maddə 214-2

214-2
Bu Məcəllənin 102, 214, 214-3, 214-4, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma -
214-4
Maddə 214-4. Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etmə
214-4.1
214-4.1. Bu Məcəllənin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etmə – on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214-4.2
214-4.2. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etmə – yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 214-4.2-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

Maddə 282

282
Qeyd: Bu Məcəllənin 282-ci maddəsi ilə nəzərdə tutulan əməlin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
282.1
Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma—Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlər etmə –";
282.2
Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—Eyni əməllər: 282.2.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə; 282.2.2. fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədildikdə; 282.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 282.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –
Hədəf akt 2 / 2
Terrorçuluğa qarşı mübarizə haqqında

Maddə 1

1
terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 214-2, 214-3,214-4, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir;

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 3 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «Azərbaycan Respublikasının Cinayət Məcəlləsi» — maddə 2827 qanun istinad edir
    • Terrorçuluğa qarşı mübarizə haqqında
    • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında
    • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi
    • “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın
    • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statis
    • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə
    • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
  • «Azərbaycan Respublikasının Cinayət Məcəlləsi» — maddə 214-27 qanun istinad edir
    • "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Res
    • Terrorçuluğa qarşı mübarizə haqqında
    • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında
    • “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın
    • 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında
    • 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında
    • “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında
  • «Azərbaycan Respublikasının Cinayət Məcəlləsi» — maddə 214-16 qanun istinad edir
    • "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Res
    • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statis
    • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə
    • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
    • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında
    • Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144, 199, 214, 214-1, 214-3, 215, 228, 229, 274, 278 və 283-1-ci maddələrinin “Qeyd” hissələrinin bəzi müddəalarını
Əvvəlki yenilik
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 395-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu