Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. İşğaldan azad edilmiş 1 inzibati ərazi vahidi üzrə ("Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs istisna olmaqla) bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur).
2. İşğaldan azad edilmiş 3 inzibati ərazi vahidi üzrə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiq edilsin (əlavə olunur)
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 iyul 2026
Sənəd nömrəsi
№236