Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" 2013-cü il 5 fevral tarixli 813 nömrəli, "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli 1885 nömrəli, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli fərmanlarında və "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" 2014-cü il 13 fevral tarixli 268 nömrəli, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026- cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 2022-ci il 4 aprel tarixli 3199 nömrəli, "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023—2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 474 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014,
№ 5, maddə 547 (Cild I); 2024, № 1, maddə 87, № 4, maddə 470, № 11, maddə 1263; 2025, № 7, maddə 715, № 12 (II kitab), maddə 1248) ləğv edilsin.
2. "Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 yanvar tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 1, maddə 87 (Cild I) ləğv edilsin
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 iyul 2026
Sənəd nömrəsi
№233