"Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 17 iyul tarixli 725 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 17 iyul tarixli 725 nömrəli Fərmanına (bundan sonra — Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Mərkəzi icra hakimiyyəti orqanları bir aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 23 iyul 2026
Sənəd nömrəsi
№520s