QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 aprel tarixli 99 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AktivNöv: Qərar·Nömrə: №95·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 6 aprel 2026
0Əlavə edilib1Silinib2Dəyişdirilib
XülasəAI

Dəyişikliklər "Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası"na və meyarlarına aiddir. Maddə 6.5-də, hesabatdakı təkliflərin göndəriləcəyi dövlət orqanlarını müəyyən edən istinad bəndləri dəyişdirilir: əvvəlki "3.1–3.3-cü, 3.5–3.7-ci" bəndləri əvəzinə indi "3.1-ci, 3.2-ci, 3.5-ci və 3.6-cı" bəndlərinə istinad edilir. Meyarların 3-cü maddəsinin 3.1-ci hissəsindən sonra əlavə edilən yeni mətnə əsasən, "mütəxəssis olduğu sahədə təcrübəsi" üzrə qiymətləndirmə zamanı təhlil edilən amillərin siyahısına əcnəbinin təhsili (təhsil səviyyəsi və pilləsi, təhsil aldığı müəssisənin reytinqi) də daxil edilir. Ayrıca, Qaydanın 4-cü maddəsindən iki və daha çox ölkənin vətəndaşı olan şəxslər üçün hər bir ölkəyə dair ərizə-anketin 8-9-cu hissələrinin doldurulmasını tələb edən müddəa çıxarılır.

5 dəyişiklikdən 3-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 2
“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 6.5

6.5
Bu Qaydanın 6.3-cü bəndinə əsasən təqdim edilmiş hesabatdakı təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aktual və səmərəli hesab edildikdə, həmin təkliflər fəaliyyətlərində nəzərə alınması məqsədilə bu Qərarla təsdiq edilmiş "Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları"nın 3.1–3.3-cü, 3.5–3.7-ci3.1-ci, 3.2-ci, 3.5-ci və 3.6-cı bəndlərində nəzərdə tutulan dövlət orqanlarına (qurumlarına) göndərilir.

Əlavə 2 · Maddə 3

3.1
"Mütəxəssis olduğu sahədə təcrübəsi" üzrə qiymətləndirilmə əcnəbinin mütəxəssis olduğu sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən dövlət orqanı (qurumu) tərəfindən həyata keçirilir. Bu zaman qiymətləndirilən əcnəbinin mütəxəssis olmasını iddia etdiyi sahə üzrə son 15 (on beş) ildəki iş təcrübəsinin (o cümlədən özünüməşğulluq əsasında əldə etdiyi təcrübə) müddəti, iş yeri, vəzifəsi, əsas və əvəzçilik üzrə əmək fəaliyyəti, tam və qısaldılmış (natamam) iş vaxtı üzrə çalışması, ixtisasının (peşəsinin) mütəxəssis olduğu sahə ilə uyğunluğu,təhsili (təhsil səviyyəsi və pilləsi, təhsil aldığı təhsil müəssisəsinin reytinqi), habelə mütəxəssis olduğu sahədə əldə etdiyi nailiyyətlər (beynəlxalq səviyyədə tanınan sertifikata malik olması), müvafiq sahənin inkişafına verə biləcəyi töhfə təhlil edilir.
Hədəf akt 2 / 2
Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi QAYDASI

Maddə 4

4
İki və daha artıq ölkənin vətəndaşı olduqda, vətəndaşı olduğu hər bir ölkəyə münasibətdə müvafiq olaraq ərizə-anketin 8-9-cu hissələrində nəzərdə tutulan məlumatlar ərizə-anketdə qeyd edilməlidir.
Əvvəlki yenilik
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Növbəti yenilik
“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında